Əslən Böyük Britaniyadan olan, hazırda Kanadada yaşayan proqramçı dünyada ilk SMS-in müəllifi kimi ilk məlumatı necə yazdığı barədə danışıb
Lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, Nil Papuort tərəfindən göndərilən məlumat olduqca qısa və lakonik olub. Bu ismarış özündə cəmi üç sözü birləşdirib – “Xoş yeni illər!” Bu isə 25 il əvvəl – 1992-ci ilin dekabrın 3-də baş verib.
“Mən heç də təsəvvür etmirdim ki, bu, tarixi hadisə ola bilər. Bu, sadəcə adi iş günü idi. Daha əvvəl danışılmış vaxtda mən kompüterdə alıcının mobil nömrəsini yazdım və onu göndərdim. Tarix baş tutdu”, deyə proqramçı xatırlayır.
Onun sözlərinə görə, həmin dövrdə “Sema Group” şirkətinin bir çox proqramçıları “Vodafone” şirkəti ilə birgə SMS adlanan sınaq layihənin üzərində işləyirmiş. Bir neçə ay keçdikdən sonra məhz ona ilk ismarışı göndərmək tapşırığı həvalə olunub.
Digər xəbərlər
loading...