Bu gün “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş verən yanğın hadisəsindən iki il ötür
“Günəşli” neft yatağında yanğın 2015-ci il dekabrın 4-ü, saat 17:40 radələrində başlayıb.
Hadisəyə ilkin səbəb kimi nəhəng dalğaların “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqilə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması göstərilib. İlkin versiyaya görə, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib.
Qəza nəticəsində 8 neftçi dünyasını dəyişib, 33-ü ağır yaralanıb, 22-si isə itkin düşmüş hesab edilir. Onların meyiti hələ də tapılmayıb.
Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə 6 dekabr tarixində Azərbaycanda matəm elan olunub.
Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ötən il abidə ucaldılıb.(axar.az)
Digər xəbərlər
loading...