Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərinin mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 21,9 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4,3% azalıb
Bakı şəhər Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 31,8 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 15 mlrd. kubmetr təşkil edib.
Neft hasilatı 7,3%, əmtəəlik qaz hasilatı isə 2,7% azalıb.
Digər xəbərlər
loading...