Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin ilk hərracının tarixi elan edilib
“Qafqazinfo” xəbər verir ki, 09 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 134 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 60-ı kiçik dövlət müəssisə və obyekti, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 18-i isə səhmdar cəmiyyətlərdir.
Hərraca çıxarılan 60 kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ rayonları, Sumqayıt şəhəri, habelə, Tovuz, Xızı, Cəlilabad, İmişli, Qax, Oğuz, Göyçay, Lerik və Astara rayonlarında yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 444 min 500 manata olan Sumqayıtda yerləşən “Bolluq” bazasıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...