Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib
Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.
Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır. (APA)
Digər xəbərlər
loading...