“Avropa strukturları daxilində problemlər və böhran xarakterli tendensiyalar müşahidə olunur”
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
O deyib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına diqqət azalır.
“Bu diqqətin artırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülür. Müxtəlif ideyalar var və onların ətrafında fikir mübadiləsi aparılıb. Bu nöqteyi-nəzərdən Azərbaycanın seçdiyi və təklif etdiyi mövqe ən düzgünüdür. Bu mövqe isə ondan ibarətdir ki, beynəlxalq qanun çərçivəsində Avropa və dünyada artıq qəbul olunmuş müddəaları müdafiə etmək lazımdır. Onların arasında isə ən əsası ərazi bütövlüyü və dövlətlərin müqəddəratının tanınması və bu istiqamətdə xüsusi işlərin aparılmasıdır”, - deyə S. Seyidov bildirib.
S. Seyidovun sözlərinə görə, “Şərq tərəfdaşlığı” sammitində qəbul olunmuş yekun sənəd onu göstərdi ki, Azərbaycanın mövqeyi ən düzgün və güclü mövqelərdəndir: “Hər hansı süni yaxınlaşmaqdansa, beynəlxalq qanun və prinsiplərə riayət olunsa, bütün ölkələr həm Avropa, həm də “Şərq tərəfdaşlığı” ölkələri bir-birinin dilini, problemləri və gələcəyini də daha yaxşı başa düşə bilər”.
Qeyd edək ki, S.Seyidov Tbilisidə keçirilən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransında iştirak edir. (APA)
MilliYol.Az
Digər xəbərlər
loading...