Təyyarədə qulaqbatırıcı səslə Elton Conun mahnıları səslənir, mətbuat katibi prezidentin qabağında kostyumunu ütüləyir
AzNews.az The Washington Post qəzetinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın keçmiş köməkçiləri Kori Levandovski və Devid Bossi "Qoy Tramp elə Tramp olsun" (Let Trump Be Trump) kitabında prezidentin komandasında çalışmağın çətinliklərindən yazıblar.
Müəlliflər yazır ki, bəzən onlar prezidentin təyyarəsindən paraşütlə tullanmaq belə istəyiblər.Lakin, sonradan buna öyrəşiblər. Keçmiş məsləhətçilər prezidentin təyyarəsində hökm sürən atmosferdən yazıblar:
""Trampın komandasında çalışanların beynində gec-tez düzgün iş yerini seçib-seçməməsi ilə bağlı şübhələr oyanır. Təyyarədə qulaqbatırıcı səslə Elton Conun mahnıları səslənir, mətbuat katibi prezidentin qabağında kostyumunu ütüləyir. Şkaflar çoxlu sayda çipslərlə və peçenyelərlə doludur. "
Müəlliflər həmçinin, Trampın gündəlik qida rasionunu da qeyd ediblər: iki hamburger, iki sendviç və şokolad süd kokteyl. Onların dediklərinə görə, Tramp əsasən fastfudla, qızardılmış toyuq, pitsa və pəhriz kolası ilə qidalanır.
Bossi və Levandovski iddia edir ki, onların keçmiş rəhbəri köməkçilərinə tez-tez qışqırır, onların çatışmayan cəhətlərinə dözmür və qəfildən onları işdən çıxarır.
Digər xəbərlər
loading...