Birləşmiş Ştatlar "Suriya Demokratik Gücləri"nin (YPG) kürd dəstələrinə silah göndərilməsini dayandıracaq, çünki koalisiya hücum əməliyyatlarını dayandırır və bu dəstək artıq lazım deyil
Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Ceyms Mettis Misirə uçarkən deyib.
"YPG silahlandırılıb və bir halda ki, koalisiya hücum əməliyyatlarını durdurur, görünür, daha bu lazım deyil. Təhlükəsizlik lazımdır, yerli bölmələr içərisindən polisin gücü lazımdır. Bunlar o insanlar olacaqlar ki, İŞİD-in qayıtmayacağına zəmanət verəcəklər”, - deyə Mettis vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklərini bəyan edib.
Ağ Ev həmin açıqlamadan sonra izahla çıxış etmək məcburiyyətində qaldı. Bildirildi ki, bu məsələ həqiqətən müzakirə edilirdi, amma ABŞ Administrasiyasının başçısı YPG-yə hərbi dəstəyin dayandırılması barədə öz üzərinə heç bir öhdəlik götürməyib.
Digər xəbərlər
loading...