Xorvatiyanın keçmiş Müdafiə Şurasının Bosniya və Hersoqovinadakı başçısı, müsəlmanlara qarşı soyqrım törətdiyinə görə mühakimə olunan general Slobodan Pralyakın Haaqa Beynəlxalq Məhkəməsində proses zamanı intihar məqsədi ilə içdiyi zəhərin tərkibi məlum olub
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Niderland Krallığı Prokurorluğunun ilkin araşdırmaları nəticəsində onun qanında kalium sianit tərkibli zəhər aşkarlanıb.
“Toksikoloji ekspertizanın ilkin nəticəsinə əsasən, Slobadan Pralyakın qanında kalium siant tərkibli maddə aşkarlanıb. Bu ürək çatışmazlığı yaradıb və ölümlə nəticələnib”, - prokurorluğun məlumatında vurğulanıb.
Qeyd edək ki, bu il noyabrın 29-da Haaqa Beynəlxalq Məhkəməsində hərbi cinayətlərə görə məhkum edilmiş general S.Pralyak və başqa 5 Bosniya xorvatının şikayətinə baxılıb. O, həmin məhkəmə iclasının gedişində zəhər içərək özünü öldürüb.
Xatırladaq ki, S.Pralyak və Y.Prliç 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış Hertseq-Bosna Xorvat Respublikasının liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.
2013-cü ildə məhkəmənin qərarı ilə S.Pralyak 20 il həbs cəzasına məhkum edilmişdi. Bosniya xorvatlarının lideri Yadranko Prliç isə 25 il müddətinə azadlıqdan məhrum olunub.
Digər xəbərlər
loading...