ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab verdiyi ifadələrlə hakimi belə şoka salıb
MilliYol ölkə.az-a iistinadən xəbər verir ki, dindirilmə zamanı verilən suallara bütün xırdalıqları ilə cavab verən R.Zərrab hətta cinayət işində mahiyyət daşımayan məsələlərdən də danışıb. O, "Halkbank" baş direktor müavini Hakan Atillanın və digər əməkdaşları İrana necə pul köçürdüklərini detalına qədər açıqlayıb. Bundan sonra Türkiyənin İrana necə maddi yardımlar etdiyini bildirib. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara rəğmən Türkiyənin Tehranla hər cürə iqtisadi əməkdaşlıq etdiyini açıqlayıb.
Məhkəmədə dil-boğaza qoymayan Rza Zərraba axırda hakimin yazığı gəlib. O, iş adamına boğazı qıcıqlanmasın deyə "boğaz pastilleri" veriləməsini tələb edib.
Qeyd edək ki, Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. R.Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışıb. O, bu istiqamətdə Türkiyə hökumətini günahlandırıb.
Xatırladaq ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi "ABŞ Atillaya qarşı" şəklində dəyişdirilib. Həmin prosesdə təkcə "Halkbank" baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.
Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.
Müdafiə vəkili olan Rokko deyib: "Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar".
Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilib.
Digər xəbərlər
loading...