Azərbaycan-Gürcüstan sərhədində yenidən kilometrlərlə növbə müşahidə olunur. Minlərlə sürücü gömrük nəzarətindən keçmək və bayramı Gürcüstanda keçirmək üçün saatlarla növbə gözləyir.
Növbədə gözləyən sürücülər virtualaz.org-a bildiriblər ki, “Sınıq Körpü” buraxılış-keçid məntəqəsindən saatda orta hesabla 3 maşın buraxırlar. Hazırda məntəqədə gərginlik yaranıb və bu səbəbdən hərdən sərhədçilərlə sürücülaər arasında xoşagəlməz insidentlər yaşanır.
Qeyd edək ki, bu ilk belə hal deyil. Analoji vəziyyət adıçəkilən məntəqədə, demək olar, hər bayramda təkrarlanır.
Nəticədə bayramı Gürcüstanda keçirmək istəyənlər vaxtlarının xeyli hissəsini növbədə itirməli olurlar.
Maraqlısı həm də odur ki, Gürcüstan sərhədçiləri Azərbaycandan gedən turistlər üçün heç bir maneə yaratmırlar. Uzun-uzadı yoxlamalar sərhədin məhz Azərbaycan tərəfində müşahidə olunur. (Virtualaz.org)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...