Rusiyanın Şimali Qafqazdakı Cənub Hərbi Dairəsi hava hücumundan müdafiə sisteminin tərkibinə yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri əlavə edilib
Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.
“Cənub Hərbi Dairəsində hava sərhədinin və strateji əhəmiyyətli obyektlərin qorunması üçün ən yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri döyüş növbəsinə başlayıb”, - deyə Vadim Astafyev vurğulayıb.
Onun sözlərinə görə, yeni komplekslərin yerləşdirilməsi üçün mövqelərin maskalanması təmin edilib.(APA)
Digər xəbərlər
loading...