Yenidən Bakıda olmaqdan məmnunam. Hazırda Bakıda hava soyuq olsa da, burada çox isti qarşılandım
Virtualaz.org bildirir ki, bu sözləri Formula-1 üzrə dünya çempionatının bu ilin iyununda Bakıda keçirilən Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.
Azərbaycan paytaxtının gözəl olduğunu və Bakı trekini çox sevdiyini vurğulayan avstraliyalı pilot deyib: “Baki trasında hərəkət çox çətindir. Çünki yollar duz deyil. Əgər bir yerdə səhvə yol versən, bu, böyük uğursuzluqla nəticələnə bilər. Riski sevirəm. Burada sürəti anidən aşağı salmaq və yenidən artırmaq lazımdır. Bu baxımdan Bakı trasını çox bəyənirəm. Burada təkərlər yanmır. Bu da Bakı trekinin üstün cəhətlərindən biridir. Ona görə də sayıqlığı itirməməlisən”.
Pilot çempionat ərzində ən ecazkar trasın Bakı treki olduğunu deyib: “Mən Bakıda, Azərbaycan Qran-Prisində qalib olmuşam. Burada heç bir dəyişikliyin olmasını istəmirəm. Bakı şəhər halqası əla vəziyyətdədir”.
Daniel Rikkardo Formula-1-in yeni loqosunu bəyəndiyini də bildirib və əlavə edib ki, bu, onun şəxsi fikirdir: “Düzdür, insanlar dəyişiklikləri sevmirlər, ona görə Formula-1-in logosunun dəyişdirilməsi birmənalı qarşılanmayıb. Bəziləri bəyənir, bəziləri isə yox. Mən bəyənirəm".
pia.az
Digər xəbərlər
loading...