Reper Cey Zi müğənni xanımı Beyonsa xəyanət etdiyini boynuna alıb
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, reper bu sədaqətsizliyinin keçmişdə yaşadığı acılardan qaynaqlandığını deyib:
“Həyatda qalmaq üçün nə edərsiniz? Bütün hisslərinizi dondurarsınız. Qadınlara qarşı da... Duyğusal olaraq qapalı olsanız, kiməsə aşiq olmağınız da mümkün deyil. Hər şey bundan sonra başlayar: sədaqətsizlik meydana gələr”.
Cey Zi bir müddət özlərinə yeni şans vermək üçün Beyonsla ortaq layihələrə imza atdıqlarını bildirib:
“Bu cəhdimiz, əksinə, aramızda yeni problemlərə səbəb oldu. Çox insan sakitcə başını götürüb gedir. Ən acınacaqlı şey kiminsə ona əzab çəkdirdiyinizi hiss etdirməsidir və özünüzlə üz-üzə gəlməyinizin fərqinə varırsınız”.
Cey Zinin bu açıqlamaları Beyonsla boşanma mərhələsində olmaları ilə bağlı dedi-qodular yaradıb.
Digər xəbərlər
loading...