Həbs edildikdən sonra Bakı İstintaq Təcridxanasında özünü asıb öldürən MTN polkovniki İlqar Əliyevlə bağlı məhkəmə qərarı açıqlanıb
Lent.az-ın məlumatına görə, bu barədə Bakı Hərbi Məhkəməsinin hökmündə qeyd olunub.
Hökmdə qeyd edilir ki, İlqar Əliyevin üzərində həbs olan mülkləri müsadirə edilsin. Qeyd edək ki, istintaq dövründə əmlaklara həbs qoyulmuşdu. Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, İlqar Əliyev Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin müavini olub. MTN-də başlanan həbslər zamanı ilk məhz İlqar Əliyev həbs edilib.
2015-ci il dekabrın 20-də İlqar Əliyev saxlandığı İstintaq Təcridxanasında intihar edib.
Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokurorluqda davam etdirilib.
Onu da qeyd edək ki, məhkəmə dövründə bəzi zərərçəkənlər pulu İlqar Əliyevə verdiklərini bildiriblər.
Xatırladaq ki, Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi məhkəmə bu gün başa çatıb. Hakimlər kollegiyasının hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrim edilib. Hər iki təqsirləndirilən şəxslərin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Digər xəbərlər
loading...