Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elçin Quliyev 10 il 6 ay
Azər Mehdiyev 8 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərin hərbi rütbəsi əlindən alınıb. Belə ki, general Elçin Quliyevin rütbədən məhrum edilməsi ilə bağlı ölkə prezidentinə təqdimat göndərilib.
Qərarda həmçinin zərərçəkmiş şəxslərin heç birinin mülki iddiası təmin edilməyib.
DTX-ın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiası təmin edilib.
Elçin Quliyev və Azər Mehdiyevin əmlakları dövlət xeyrinə müsadirə edilib.
**
Bu gün Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmədə hökm elanı başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi kollegiya müşavirədən qayıdıb.
Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı prosesdən qabaq yoxlanılıb.
Hökmə təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb.
Jurnalistlər zala buraxılmayıb.
Digər xəbərlər
loading...