ABŞ-da 18-24 noyabr həftəsində neft hasilatı 24 min barel və ya 0,25% artaraq 9,682 mln. barel/günə çatıb
"Report" xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.
Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-dakı neft ehtiyatları 3,4 mln. barel və ya 0,7% azalaraq 453,7 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 2,3 mln. barel azalacağını ehtimal edirdilər.
Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 1,2 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,6 mln. barel çoxalıb.
Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 62 dollar/barelə enib. Qiymət azalmasına səbəb OPEC+ ölkələrinin bu gün Vyanada keçirilməsi gözlənilən növbəti sammitidir. Bu sammitdə 2018-ci il martın 31-də bitən OPEC+ anlaşmasının ilin sonuna qədər uzadılması qərarının Rusiya tərəfindən dəstəklənməməsi barədə şayiələr olub. Bəzi məlumatlara görə, sammitdə hasilatın bir qədər də azaldılması məsələsi müzakirə oluna bilər.
Digər xəbərlər
loading...