Bir neçə gün əvvələdək dünyanın ən çox maaş alan futbolçusu olan Karlos Tevez karyerası ilə bağlı önəmli qərar qəbul edib
MilliYol fanat.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu Çindən ayrılmaq qərarına gəlib.
Artıq çəkisi səbəbindən bir müddət "Şanxay Şenhua"nın heyətinə düşə bilməyən Tevez mövsüm başa çatan kimi Argentinaya dönüb. O, artıq Çini tərk etmək qərarı verib.
Məlumatlara görə, Tevezin xidmətində Argentinanın "Boka Xuniors", Braziliyanın "Flamenqo", Türkiyənin "Beşiktaş" və adı açıqlanmayan bir Meksika klubu maraqlıdı.
Keçmiş klubu "Boka Xuniors" onu heyətinə qatmaq istəsə də, Tevez Avropada oynamaq istəyir. "Köhnə qitə"dən isə hələlik ən real təklif "Beşiktaş"dan gəlib. Bu səbəbdən də argentinalı ulduzun "Beşiktaş"a keçmək ehtimalı yüksəkdi.
Qeyd edək ki, "Şanxay Şenhua" Tevezi 2017-ci ildə "Boka Xuniors"dan 10,5 milyon avroya almışdı. Çin klubunda illik 38 milyon avro maaşla dünyanın ən çox maaş alan futbolçusu idi. Ancaq "Barselona" ilə yeni müqavilə imzalayan Lionel Messi onu ikinci pilləyə salıb. Tevezin həmyerlisi ildə 43 milyon avro maaş alacaq.
Digər xəbərlər
loading...