Rusiya prezidenti Vladimir Putin Dövlət Duması tərəfindən qəbul edilməmiş və Federasiya Şurası tərəfindən bəyənilməmiş qanunu imzalayıb.
Putinin Milli Qvardiyanın yaradılması ilə bağlı imzaladığı qanunlardan birinin mətni Dövlət Duması tərəfindən qəbul edilmiş mətndən fərqlidir.
Məlumata görə, fərq özünümüdafiə odlu, habelə ov, idman və pnevmatik silahın saxlanılması üçün verilən icazənin müddəti ilə bağlıdır.
Parlamentin qəbul etdiyi sənəddə icazə müddəti 10 il, Putinin imzaladığı sənəddə isə 5 il göstərilib.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır və araşdırmadan sonra qanundakı ziddiyyətlə bağlı açıqlama veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...