"İrəli gedən insanı niyə əzirsən, niyə onun haqqında qara piar yaymağa çalışırsan? Axı o, sənin ölkəni təmsil edir. Filmləri ən bol kassalı filmlərdir. Ən kədərli vaxtında belə gəlirsən, oturursan, baxırsan, gülürsən"
Axşam.az-ın məlumatına görə, bu sözləri aktyor Fərda Xudaverdiyev ARB Ulduz-un “Şou məkan” proqramında deyib.
“Yanlış anlama” filmindən danışan aktyor ona qarşı "qara piar" aparanlardan danışıb:
"Uğuruma sevinirəm və hər kəsin sevinməsini istəyirəm. Sevinmirsən, heç nə yazma! Aydındır ki, hər şey bəyənilə bilməz.
Kimə pisliyim toxuna bilər ki? Buna sevinməmək olarmı? Əlbəttə ki, olmaz. Mən məni sevənlər üçün yaşayıram. Ancaq sevməyənləri də istəyirəm cəlb edim ki, gözlərindəki kin pərdəsini, içlərindəki qurdluluğu götürsünlər”.
Fərda Türkiyədə “Stand up” konsertinin olacağından da xəbər verib:
“Ancaq bundan öncə gedib bir ay orda qalmalıyam. Türklərin daha çox nəyə güldüklərini, hansı mövzulara daha çox önəm verdiklərini öyrənmək üçün bir ay orda araşdırma aparmalıyam, onlarla bərabər işləməliyəm”.
Aktyor son günlər işlərinin çoxluğundan yemək yeməyə belə vaxt tapa bilmədiyini deyib:
“Desəm ki, gündə bir dəfə yemək yeyirəm, siz mənə inanmayacaqsız. Gecə-gündüz hər şey qarışıb. Məni qınayanlara burdan demək istəyirəm ki, sən yatağında rahat yatanda, mən gecədən-səhərə kimi bir saat belə gözümü qırpmadan, işıqların altında çalışıram. Heç kimə də minnət qoymuram. Düzdür, bu işdən qazanc gəlir. Son iki ildə mən qazanc götürməyə başlamışam”.
Digər xəbərlər
loading...