Ərdoğan Trampla yenə görüşəcək
Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan liderlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.
O bildirib ki, Soçidə gerçəkləşən üçtərəfli zirvə toplantısında çox mühüm, həlledici qərarlar qəbul edilib. Ərdoğan qeyd edib ki, üç ölkə – Rusiya, Türkiyə və İranın anlayış içində olması bu zirvənin ən mühüm nəticələri sırasındadır.
Ötən günlərdə ABŞ prezidenti Donald Trampla telefon danışığına toxunan Türkiyə dövlət başçısı bəyan edib ki, bu, uzun müddət sonra ABŞ-Türkiyə münasibətlərində ortaq məxrəcə gəlinən söhbət idi və yaxın günlərdə bu danışıqların davamı olacaq.
Misirdə məscidə hücum nəticəsində yüzlərlə müsəlmanın öldüyünü xatırladan Ərdoğan bir daha vurğulayıb ki, İŞİD terror təşkilatını islam dini ilə əlaqələndirmək mümkün deyil: “İŞİD-ə qoşulan, zehinlərini kirayəyə vermiş, ruhlarını qanla yumuş bu qatil qrupuna qarşı diqqətli olmalı və bölgədə ortaq mübarizə aparmalıyıq. Əvvəlcə terror təşkilatının qaynaqlarını ortaya çıxarmalıyıq”.
APA
Digər xəbərlər
loading...