Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin daşıyıcıları bəzən başqa dövlətlərinin təsiri nəticəsində bayramları ayrı-ayrı günlərdə qeyd edirdilər.
MilliYol.Az Report-a istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı eyni vaxtda bərabər namaz qıldı: "Bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrıseçkiliyi yoxdur və Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasından bizə göstərdiyi vaxta uyğun olaraq başqa dövlətlərin üfüqünü götürmədən biz birinci dəfə idi ki, bu gün Azərbaycanın bütün məscidlərində bir gündə, bir vaxtda namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir".
Şeyx qeyd edib ki, bu gün dünyanın müsəlmanlar yaşayan heç bir yerində bu cür vəhdət yoxdur: "Bu da bizim tolerantlığımızın göstəricisidir. Dövlətimizin istəyi odur ki, biz həmişə bir olaq. Bizim böyük düşmənimiz var, Qarabağ boyda dərdimiz var. Tezliklə Allah təala torpaqlarımızın azad olunmasını bizə qismət eləsin. Biz birlikdə olsaq, bizə heç kim qalib gələ bilməz. Namazların eyni vaxtda qılınması, azanın eyni vaxtda verilməsi bizim üçün çox mühüm məslə idi. Bunu da həll elədik. Azərbaycan da təxribat yaratmaq istəyən qüvvələr buna nail ola bilməyəcək, çünki bu vəhdəti heç kim qıra bilməz".
MilliYol.Az
Digər xəbərlər
loading...