Moskva Tehrana məxfi məlumatlar verərək, MOSSAD-ın İrandakı əməliyyatlarına mane olub
Axar.az xəbər verir ki, bu barədə məlumat İsrail yazarı Horvard Blamın tezliklə satışa çıxarılacaq “Düşmən Evində” kitabında yer alıb. Kitabda olan məlumata əsasən, amerikalı keçmiş kəşfiyyatçı Edvard Snouden əldə etdiyi məlumatları jurnalistlərlə paylaşmayıb:
“Rusiya və İran kəşfiyyatlarındakı mənbələr əmindirlər ki, Snouden ələ keçirdiyi bütün məxfi sənədləri həmçinin Rusiyaya da veriblər. Hakerin ələ keçirdiyi sənədlər sırasında İsrail xüsusi xidmət orqanlarının İran ərazisində keçirdiyi əməliyyatlara aid sənədlər də yer alıb. Moskva bu sənədləri Tehrana verib, o da öz növbəsində strategiyasını dəyişib. Bu isə İsrailin Tehranda əməliyyatlar keçirməsinə böyük çətinliklər yaratdı və onlar dayandırıldı”.
Digər xəbərlər
loading...