Baş nazirin müavini İsmət Abbasov yaxın vaxtlarda istefaya göndəriləcək. Bu barədə Qaynarinfo.Az-a hökumət kabinetinə yaxın mənbədən məlum olub.
Mənbənin bildirdiyinə görə, ölkənin neft hasilatının xeyli azalması və neftin qiymətinin kəskin şəkildə ucuzlaşması hökuməti Azərbaycanda aqrar sektorun dirçəldilməsi üçün ciddi addımlar atmağa məcbur edir: “İsmət Abbasov hökumət kabinetində əsasən aqrar məsələlərə cavabdehlik daşıyır. Kənd təsərrüfatının prioritetə çevrildiyi bir şəraitdə isə Abbasovun vəzifəsinin öhdəsindən layiqincə gəlməsi şübhə doğurur. Hakimiyyət kulislərində hesab edirlər ki, aqrar sektorla bağlı funksionallığın artırılması üçün onun əvəzlənməsinə ehtiyac var”.
Mənbə qeyd edib ki, bu sırada xüsusilə kənd təsərrüfatı naziri Heydər Əsədovun adı ön plana çıxır.
Qeyd edək ki, hazırda baş nazirin müavinləri arasında həm də nazir çapında şəxs olmamış deyil. Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həəsnovdur. O, həm də Artur Rəsizadənin müavinlərindən biridir. Bu mənada hazırda nazir olan H.Əsədovun eyni zamanda baş nazir müavini təyin edilməsi ehtimalına təəccüblənməmək lazımdır.
Onu da deyək ki, Əsədov kənd təsərrüfatı naziri postunda da məhz İ.Abbasovu əvəz etmişdi.
Vurğulamaq yerinə düşər ki, 2004-2013-cü illərdə həmin vəzifədə çalışmış İ.Abbasovun dövründə ölkənin kənd təsərrüfatında heç bir nəzərəçarpacaq müsbət dəyişiklik hiss olunmayəıb. Əksinə, aqrar sektorun real göstəriciləri daha da pisləşib.
Eyni zamanda Heydər Əsədov da kənd təsərrüfatı naziri olduğu 3 il ərzində bu sahənin real inkişafı baxımından xüsusi nəticələr əldə edə bilməyib.
Abbasovla Əsədov arasında soyuqluğun hökm sürdüyünə dair iddialar var. Bu isə aqrar sektorun taley ilə bağlı təsirli addımların atılmasına mane olan faktorlardan biri kimi qiymətləndirilir. Görünür, elə bu səbəbdən onlardan biri ilə yolların ayrılmasına qərar verilib. Nəticədə baş nazirliyə iddiasının olduğuna dair söz-söhbətlər səbəbilə hakimiyyətdaxili bəzi dairələrdə onsuz da adı bir müddətdir qıcıq doğuran İsmət Abbasovun postundan göndərilməsinə qərar verildiyi deyilir.
MilliYol.Az
Digər xəbərlər
loading...