Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı çox mühüm hadisədir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, Aİ-nin yekun sənədində Azərbaycanın ərazi bütövlüyü Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü kimi dəstəkləndi: "Bu, nailiyyətdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdi. Sammitin nəticələri və qəbul edilən bəyannamə qənaətbəxşdir. Tədbirdə ermənilərin qaldırdığı bir neçə məsələnin qarşısı alınıb, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu burada da özünü göstərdi. Sənəddə bizim üçün müsbət hallar çoxdur. Aİ-nin Azərbaycanla əməkdaşlığının davam etdirilməsi də bir daha bildirilib".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.
MilliYol.Az
Digər xəbərlər
loading...