Antalyada II Beynəlxalq Təhlükəsizlik Simpoziumu keçirilib. Simpoziumda FETÖ terror şəbəkəsinin onilliklər ərzində Türkiyədə və başqa ölkələrdə həyata keçirtdiyi pozuculuq fəaliyyətinə işıq salınıb.
Türkiyə Polis Akademiyası Terror və Təhlükəsizlik Araşdırmaları Mərkəzi (UTGAM) tərəfindən Antalyada keçirilən “FETÖ beynəlxalq təhdid kimi” Simpoziumunda ABŞ prezidenti Donald Trampın seçki kampaniyasındakı müşaviri Teodor Ruzvelt Mallok, Rusiya Təhlükəsizlik Akademiyası Xarici İqtisadi Əlaqələr Şöbəsinin müdiri Tələt Ənvəroviç, araşdırmaçı yazar Nədim Şənər, “Yeni Çağ” Analitik İnternet qəzetinin baş redaktoru, “Terrorun gülən üzü” və “Səssiz işğal” kitablarının müəllifi Aqil Ələsgər, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının dosenti Mürtəza Həsənov və digərləri çıxış ediblər.
Natiqlər öz çıxışlarında FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə ətraflı toxunublar.
Simpoziumda çıxış edən Aqil Ələsgər əsas diqqəti FETÖ terror şəbəkəsinin maliyyə-iqtisadi dayaqlarının hələ də güclü olmasına yönəldib. Baş redaktor qeyd edib ki, FETÖ-nun maliyyə dayaqları sıradan çıxarılmasa, şəbəkə ilə mübarizədə ciddi çətinliklər yaranacaq. Aqil Ələsgər FETÖ-nun Qafqazda, Azərbaycan və Orta Asiya ölkələrində qurduğu şəbəkələrə qarşı mübarizə aparıldığını, xüsusilə, Azərbaycanda İlham Əliyevin bu mövzuda həssas olduğunu, ancaq bu örgütün hələ də böyük təhlükə mənbəyi olaraq qaldığını qeyd edib.
Fotolar
Digər xəbərlər
loading...