Ölkədə mobil operatorlarla, internet provayderləri ilə bağlı problemlər bitib-tükənmir. Xüsusən də ayrı-ayrı şəxslər və şirkətlər tərəfindən yaradılan xidmətlər insanların cibinə girir, həm pullarını oğurlarayır, həm də əsəbləri ilə oynayır.
Belə xidmətlərdən bir də Cep.az adlı xidmətdir. Məlumat üçün bildirək ki, bu xidmətin bağlı olduğu AGNA MMC şirkəti "Bakcell"in 1-ci dərəcəli Kontent Provayder şirkətidir. Mobil məzmun satış imkanı verən xidmətin dəyəri 0.47 AZN, istifadə müddəti 7 gündür. Siz abunəliyiniz aktiv olunduğu müddət ərzində limitsiz olaraq şəkil, musiqi, video, proqram və diger məzmunlardan istifadə edə bilərsiniz. Xidmeti deaktiv etmək üçün 9646-a STOP yazıb göndərmək lazımdır.
Bura qədər hər şey normaldır. Amma hər işimizdə olduğu kimi, bu xidmətdə də problemlər - daha doğrusu qanunsuzluq baş alıb gedir. Belə ki, "Bakcell" abonenti olan mobil nömrələr müştərinin istəyi olmadan bu xidmətə qoşulur. Xüsusən də 3G internet xidmətindən istifadə edən abonentlərə avtomotik olaraq abunəlik verilir və balansından 0.47 AZN çıxılır.
Bu xidmətlə bağlı çoxsaylı şikayətlər var. Onlardan biri də 055 625-09-25 nömərəli "Bakcell" abonentidir. Heç bir xəbərdarlıq olmadan xidmətə qoşulan nömrənin sahibinin bir neçə dəfə imtina istəyi baş tutmayıb. O, STOP s.zünü yazıb 9646-ya göndərib. Əvvəlcə, xidmət deaktiv olunub, sonra isə yenidən balansdan 0.47 AZN çıxılaraq xidmət aktiv edilib.
Beləliklə, ölkənin ən böyük mobil operatorlarından birinə bağlı mənşəyi bəlli olmayan bir şirkət abunəçilərinin cibinə girir, onların hüquqlarını pozur. Sözsüz ki, bu fəaliyyətlərdən mobil operatorun - yəni "Bakcell"in xəbəri var. Bir milyondan artıq abunəçisi olan mobil operator hər gün müştərilərinin cibindən milyonların oğurlanmasına şərait yaradır.
Ümumiyyətlə bu kimi xidmətlər yaradan şəxs və şirkətlərin sayı günü-gündən artır. Hətta bir müddət əvvəl yazdığımız kimi insanlar özləri belə bilmədən porno saytlara abunə edilir, onların balansından pullar oğurlanır. Təəssüf ki, bu məlumatlar mütəmadi olaraq mətbuatın gündəminə çıxsa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi heç bir tədbir görmür. Nazirliyin nə köhnə, nə də yeni rəhbərliyi vətəndaşların cibindən oğurluq edən işbazların qarşısını almaq üçün heç bir addım atmır. (qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...