Müflisləşmiş milyarder Mübariz Mənsimovla bağlı əhvalat getdikcə daha dramatik xarakter alır. M.Mənsimov oyunun bütün yazılmış və yazılmamış qaydalarını pozub. M.Mənsimov Rusiya Xüsusi Xidmət orqanlarının mümkünsüzlük sənətinin əsəridir. Bu iş adamının parlama və yoxsulluq tarixçəsi uşaqlıqdan yazı, orfoqrafiya və üslub problemləri olan heçdən, axmaq və savadsız adamdan nəhəng "LUKoil" neft şirkətinin əlaltı layihəsini yaratmaq üzrə dərs vəsaitidir. Budur, başqa bir ölkənin hökumətindən xeyir-dua almış M.Mənsimov təxminən iki onillik ərzində oturduğu budağı kəsməyə çalışır.
M.Mənsimov özünə xas utanmazlıq və əyalət həyasızlığı ilə "LUKoil" şirkəti ilə məhkəmə çəkişməsindən danışır. Yanlış təsəvvür yaratmaq istəyir ki, guya onu Rusiyada sifariş ediblər və bu işdə qonşu ölkədəki erməni diasporunun əli var. Amma M.Mənsimov başqa bir məhkəmə prosesi - Azərbaycanın SOCAR neft şirkəti ilə məhkəmədən bir söz belə demir.
Lakin M.Mənsimov özünə xas olan əyalət həyasızlığı və utanmazlığı ilə kobud və birbaşa şəkildə Azərbaycanın dövlət şirkətinə, deməli, həm də Azərbaycan dövlətinə yüzlərlə milyon dollar "atıb". Onun şirkətinin saytında SOCAR hələ də rəsmi tərəfdaş kimi göstərilir, halbuki Azərbaycan neftinin nəqli ilə məşğul olan M.Mənsimov öhdəliklərini yerinə yetirməyib və dövlət şirkətinə yarım milyard "atıb".
Faktiki olaraq M.Mənsimov kredit oliqarxlarının şücaətini təkrarlayıb və bu zaman hansısa fövqəladə ağıllı, çevik sxemlərə əl atmayıb. Hər şey birbaşa və sərsəm 90-cı illərin ruhunda edilib: pulu alıb, "Palmali"nin törəmə şirkətlərindən birinin adına rəsmiləşdirib və ofşora yollayıb.
Başqa sözlə, M.Mənsimovun problemləri yalnız "atdığı" Rusiya hökuməti ilə bitmir, hələ Azərbaycan hökuməti də var!
İndi isə M.Mənsimov ikiüzlü şəkildə bildirir ki, guya onun Rusiya qanunvericiliyi ilə problemi yoxdur və ona qarşı Rusiya KİV-lərində bütün hücumların arxasında erməni diasporunun xəstə fantaziyası durur. Yaxşıdır ki, bu dünyada ermənilər var. Olmasaydılar, onları fikirləşib tapmaq lazım gələrdi. Oğurlanmış yüzlərlə milyonu silməyə yer var.
Lakin bu halda M.Mənsimov unudur ki, hələ Suriya ekspedisiyasının əvvəllərində "Palmali"nin məsələsi Putinlə Obamanın görüşündə müzakirəyə çıxarılmışdı. Onun neft daşıyan gəmilərinin bəzi türkiyəli siyasətçilərin əlaqədə olduğu "Ən-Nüsra Cəbhəsi" terror təşkilatının neftini nəql etməsi ilə əlaqədar ABŞ Türkiyəyə ciddi narahatlıq, narazılıq bildirmişdi. Moskvada M.Mənsimovu bu avantüradan geri çəkməyə çalışdılar. Lakin o, dinləmədi. Sonra isə ciddi problemlər başladı. "LUKoil" öz yetirməsi ilə əməkdaşlıqdan imtina etdi. Mənsimov isə Xəzər dənizinin sahillərində peyda oldu.
Necə oldu ki, Azərbaycanın dövlət şirkəti "Ən-Nüsra Cəbhəsi"nin tərəfdaşına inandı? Axı M.Mənsimov daha güzəştli tariflər təklif edib Türkmənistan hökuməti ilə separatçı danışıqlara gedərək, türkmən neftinin daşınması məsələsində SOCAR-a "atmışdı". Elə ilk fırıldaqdan sonra M.Mənsimovla əlaqəni kəsmək lazım idi.
Lakin Bakıda əməkdaşlığı davam etdirmək qərarına gəldilər. Bu da sizə əməkdaşlıq! Mənsimovla tərəfdaşlıq barədə hələ onun Eldar Mahmudovun qaragüruhu ilə siyasi qohumluğundan, ANS teleşirkətinin təsis sənədlərinin saxtalaşdırılmasından və başqa bir çox qaranlıq yarıkriminal əhvalatlardan sonra düşünmək lazım idi... Düşünmədilər, sövdələşdilər.
M.Mənsimov SOCAR-ın pullarını ofşora daşıdı. Bəli, borclarının əvəzində onun əlindən Batumidəki kompleks, İstanbuldakı otel, az qala bütün tankerləri, bütün Türkiyədəki daşınmaz əmlakı alındı. Lakin M.Mənsimov hələ də borcludur və deyəsən,borclarını qaytarmaq fikrində deyil. Bundan əlavə, o, London Arbitraj Məhkəməsində Azərbaycan hökuməti ilə sövdələşməni mübahisə predmetinə çevirmək istəyir. Keşməkeşli yollar M.Mənsimovu təhqiqatçı jurnalistlər konsorsiumuna (OCCRP) da gətirib çıxarıb və o, keçmiş tərəfdaşları barədə bildiklərini onların ovcuna qoymağa hazırlaşır.
Bu klassik əhvalat Mavrodi və Hacı İbrahim Nehrəmlinin avantüralarına bənzəyir və adi cinayətkarlığı siyasiləşdirməyə can atmaqdan başqa bir şey deyil. Axı Azərbaycanın kredit oliqarxları kimimənimsənilmiş dövlət vəsaitini yumaq lazımdır. Bu əxlaqsız işdə Mənsimovun ən yaxın köməkçisi erməni problemidir.
Düzdür, özünə lazım olanda Mənsimov ermənilərlə fəal şəkildə dostluq və əməkdaşlıq edib. Heç kimə sirr deyil ki, ABŞ-dakı erməni diasporunun ən nüfuzlu nümayəndələrindən biri Levon Termencyan Mənsimovun Türkiyədəki ziyafətlərinin daimi qonağı olub, yaxtasına dəvət alıb, Mənsimovun ABŞ-dakı biznes görüşlərini və səfərlərini təşkil edib. Erməni mövzusu cinayətin örtülməsi üçün yalnız pafoslu pərdədir, başqa heç nə.
İndi Mənsimovun geri çəkilməyə yolu yoxdur. Körpülər yandırılıb-həm Rusiya, həm Azərbaycanla. Situasiyadan çıxmaq lazımdır. Lakin necə? Haci İbrahim Nehrəmli və ya Nizami Piriyevdən fərqli olaraq o, Azərbaycanın hüdudlarından kənardadır və nəticədə Mənsimovu ələ keçirmək, tutub "Bandotdel"ə salmaq xeyli çətindir. Mənsimovun bir çıxış yolu qalır-hər şeyi Rusiya xüsusi xidmət orqanlarının və erməni diasporunun üzərinə yıxmaq, bu çəkişməni "Ən-Nüsrə Cəbhəsi" ilə ticari və siyasi sövdələşmələrə görə qisas kimi təqdim etmək. Bax elə buna görə də Mənsimov bir qrup azərbaycanlı jurnalisti yanına çağırıb, hesabında qalan pullardan bir az onların cibinə basıb və hər şeyi ermənilərin üstünə yıxmağı xahiş edib. Bu cür də edirlər.
Bilmirəm, Rusiya Mənsimovla məsələni necə həll edəcək, lakin Azərbaycanın pulları dövlətin xəzinəsinə qaytarmaq üçün yeganə çıxış yolu var-dərhal rəsmi təhqiqat başlatmaq və oğrunun Bakıya ekstradisiyasına nail olmaq. Başqa yol yoxdur.
Mənbə: Virtualaz.org
Digər xəbərlər
loading...