Rusiya rublu bu ilin sonu və ya 2018-ci ilin əvvəlində kəskin ucuzlaşa bilər
“Report” “Gazeta.ru” saytına istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyaların açıqlanması olacaq.
Əgər ABŞ Rusiyanın dövlət istiqrazlarının alınmasına qadağa qoyarsa, o zaman dövlət istiqrazlarında kütləvi satış başlaya bilər. Nəticədə, dolların məzənnəsində kəskin artım qeydə alınacağı qaçılmazdır. Analitiklər bu ilin sonuna qədər Rusiyanın valyuta bazarında vəziyyətin sabit olacağını, lakin rublu üzrə yumşaq devalvasiya proqnozlaşdırırlar.
Ekspertlər bildirirlər ki, noyabr ayının sonuna qədər Rusiyada vergi ödənişləri səbəbindən dolların ucuzlaşması gözlənilir. Belə ki, ayın sonuna qədər büdcəyə 600 mlrd. rubl və ya 10 mlrd. dollar köçürülməlidir. Dekabr ayından etibarən isə dolların bahalaşmağa davam edəcəyi ehtimal olunur.
“Sberbank”ın valyuta bazarları və faiz dərəcələri üzrə baş strategiya mütəxəssisi Tom Levinsona görə, hazırda Rusiyada dolların məzənnəsi neft qiymətlərinin artması ilə dəstəklənir: “Əgər noyabrın 30-da Vyana sammitindən mənfi xəbər çıxarsa, o zaman dollar bahalaşmağa başlaya bilər”.
Qeyd edək ki, hazırda qeyri-rezidentlərin portfelində Rusiya dövlət istiqrazlarının həcmi cari məzənnə ilə 40 mlrd. dollara yaxındır. Başqa sözlə, Rusiya dövlət istiqrazlarına sanksiyalar tətbiq edilərsə, valyuta bazarında qısa müddətdə dollara tələbat kəskin arta bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...