Bu gün Brüsseldə V "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb.
MilliYol.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.
"2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.
Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.
Qeyd edək ki, 2009-cu ildən yaradılmış "Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...