Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov "Növbəti ildə daha 2 rayonda icbari tibbi sığorta layihəsi həyata keçirilə bilər” söyləyib
Nazir bildirib ki, hazırda Mingəçevir və Yevlaxda tətbiq edilən icbari tibbi sığorta layihəsi öz müsbət nəticələrini verir.
“Hazırda proqramın ilkin nəticələrinin təhlilinə ehtiyac var. Növbəti ildə daha 2 rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dekabrında imzalanıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, pilot layihənin növbəti iki rayonda tətbiqi də ölkə başçısı tərəfindən müəyyən olunacaq. Bu rayonların hansılar olacağı hələ bilinmir...
MilliYol.Az
Digər xəbərlər
loading...