Bərdədə Heydər Əliyev mərkəzinin direktoru Arifət Əhmədova girov qarşılığında hər kəsə külli miqdarda sələm verir.
Mərkəz direktorunun sələmə verdiyi pulların Gəncə icra başçısı Elmar Vəliyevə məxsus olduğu iddia edilir
Azərbaycanda bir çox məmurların qazandıqları pullara obyektlər, villalar, bahalı avtomobillər, xaricdə evlər, şirkətlər almaları haqda dəfələrlə mətbuatda məlumatlar yayılıb. Son zmanlar isə bəzi məmurların yığdıqlaır pulları sələmə verməsi ilə bağlı da müxtəlif məlumatlar dolaşmaqdadır.
Belə məmurlardan biridə Bərdə rayon icra başçısı Vidadi İsayevdir. Bərdədən AzFakt.com-a daxil olan məlumata görə, rayonda fəaliyyət göstərən Heydər Əliyev mərkəzinin direktoru Arifət Əhmədova vətəndaşlara, sahibkarlara, məmurlara faizlə sələmə pul verir. İnformasiya mənbəmiz iddia edir ki, mərkəz direktorunun sələmə verdiyi pullar rayon icra başçısı Vidadi İsayevindir.
Ancaq bu vəsaitlərin də birbaşa Vidadi İsayevin deyil, Gəncə şəhər icra başçısI Elmar Vəliyeva məxsus olduğu deyilir. Belə ki, Vidadi İsayev Elmar Vəliyevə məxsus pulları Bərdədə Arifət Əhmədovanın əli ilə sələmə verir.
Məlumatda vurğulanır ki, mərkəz direktorundan girov qarşılığında istənilən məbləği götürmək olar. Bərdə sakinləri iddia edirlər ki, Arifət Əhmədovanın sələmə verdiyi vəsaitlər gecikdiyi halda bu işə özünü hüquq-mühafizə orqanlarının işçisi kimi təqdim edən Samir adlı şəxs qarışır. Əslində Samir adlı qoçunun Vidadi İsayev tərəfindən "görəvləndirildiyi" və sələm götürən sahibkarların vəsaiti ödəyə bilmədikdə, yaxud gecikdirdikdə onun məsələyə qoşularaq problemi həll etdiyi deyilir.
İnformasiya mənbəmiz bildirir ki, bir çox məmurların Arifət Əhmədovadan götürdükləri sələm pulları gecikəndə isə məsələyə bu dəfə icra başçısı Vidadi İsayev qarışır. Belə ki, icra başçısı sələmi vermək istəməyən, yaxud aylarla gecikdirən məmuru yanına çağırtdıraraq mərkəz müdirinin şikayət etdiyini və ona olan borcun ödənilməsini tələb edir.
Məsələ ilə bağlı araşıdrmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...