Əliyev Əsgər Ələkbər oğlu 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-ci ildə birinci sinifə gedib, 1989-cu ildə səkkizinci sinifi əlaqiymətlərlə bitirib.
O, 1990-cı ildən təhsilini Haftoni qəsəbə orta məktəbində davam etdirir. 1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriyafakultəsinin tələbəsi olur. O, dərslərini həvəslə oxuyur, komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirirdi. Əsgər Əliyev yüksək döyüş və siyasi hazırlığa malik bir kursant kimi hamının hörmətini qazanmışdı.
Təhsilini xarici ölkələrin birində davam etdirərək general olmaqarzusuyla yaşayırdı. Məlum mart hadisələri onun arzusunu ürəyində qoydu.
17 mart 1995-ci ildə bir qrup vəzifə hərisi silahlanaraq hakimiyyəti zorla devirmək üçün dövlət çevrilişinə əl atdı. İqtidar bu qarşıdurmanın sülh yolu ilə nizama salınması üçün danışıqlar aparmağı təklif etdi.Lakin qarşı tərəf bu müdrik çağırışa məhəl qoymadı, nəticədə qan töküldü. Milli Ordunun əsgərləri silahlı dəstənin qarşısını almaq üçün əmr gözləyirdi. ƏsgərƏliyev də onların arasında idi. O, son nəfəsinədək dövlətçiliyimizi müdafiə etdi. Ayağından yaralanmasına baxmayaraq, kursant Əsgər Əliyev dörd yaralını güllə yağışı altından çıxarmağa müvəffəq oldu. Axırıncı yaralını xilas etmək istəyərkən ikinci güllə Əsgər Əliyevin cavan ömrünə son qoydu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ləj kənd qəbristanlığında dəfn edilib.
Lənkəran rayonunda adına park var. Büstü qoyulmuş, xatirə lövhəsiv urulmuşdur. Haftoni qəsəbə orta məktəbində “ Xatirə güşəsi” yaradılıb.
Aqşin Mistanlı
Digər xəbərlər
loading...