ABŞ Federal Ehtiyat Sisteminin (FED) dünən gecə açıqladığı son iclasının protokollarında dekabrın 12-13-də keçiriləcək iclasda uçot dərəcəsinin artırılmasını dəstəklədiyi, ancaq inflyasiya göstəricisinin yüksəlməkdə çətinlik çəkdiyi bildirilib
"Report" xəbər verir ki, protokollarda aşağı inflyasiyanın 2018-ci ildə FED-in uçot dərəcəsini artırmasına mane olacağı ehtimalları yer alıb.
Protokolların açıqlanmasından sonra ABŞ dolları qlobal valyuta bazarında əksər valyutalara qarşı ucuzlaşmağa başlayıb. Belə ki, əsas valyuta cütlüyünün məzənnəsi dünənki hərraclarda 1,1735 USD/EUR səviyyəsindən 1,1825 USD/EUR-a, funtun məzənnəsi 1,3215 USD/GBP-dən 1,3330 USD/GBP-yə, yenə qarşı məzənnəsi isə 112,35 JPY/USD-dən 111,15 JPY/USD-ə dəyişib.
"Report"un analitik qrupu dolların məzənnəsinin 2018-ci ildə də nisbətən ucuz səviyyələrdə olacağını, əsas valyuta cütlüyünün 1,14-1,21 USD/EUR diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır: "Ucuz dolların ABŞ iqtisadiyyatını stimullaşdıracağı, xammal qiymətlərini yüksək olmasını təmin edəcəyi, nəticədə ABŞ-da inflyasiyanın sürətlənməsinə səbəb olacağı bildirilir. Bu da, FED-in uçot dərəcəsini rahat şəkildə artırmasına şərait yaradacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...