“Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır. Bu layihənin Yeni İpək Yolu konsepsiyasının bir hissəsi olması barədə fikirlər səsləndirilir. Bu isə tamamilə bizim marağımıza uyğundur. Avropa İttifaqı 20-yə yaxın ölkənin ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqı beynəlxalq ticarət əlaqələri üçün açıqdır. Biz istənilən infrastruktur layihələrində maraqlıyıq”
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press-tur iştirakçıları ilə görüşündə deyib.
Y. Han ”Şərq tərəfdaşlığı” proqramında iki münaqişəli ölkənin iştirakı və belə olan halda ölkələrarası rabitəni necə inkişaf etdirməyin mümkünlüyü barədə suala belə cavab verib: “Qərbi Balkanlarda 4 il əvvəl başlayan və uğurla davam edən bir infrastruktur layihəsi var ki, bunun da məqsədi oradakı ölkələrin barışmasına və onlar arasında əlaqələrin inkişafına təkan verməkdir. Müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün istənilən təşəbbüs əlaqələrin inkişafına təkan verə və mövcud münaqişələrin öhdəsindən gəlməyə töhfə verə bilər”.
MilliYol.Az
Digər xəbərlər
loading...