Ukraynalı məşqçi Yuri Maksimov yaxın günlərdə Azərbaycanın futbol komandalarından birinə rəhbərlik edə bilər
"Report"un "FootBoom"a istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssis Bakıya gəlib.
Onun hansı klubun sükanı arxasında keçəcəyi məlum deyil. Təyinat baş tutsa, Maksimov Azərbaycanda çalışan ikinci əcnəbi baş məşqçi ola bilər. Hazırda daha bir ukraynalı - Roman Qriqorçuk "Qəbələ"yə rəhbərlik edir.
Qeyd edək ki, Yuri Maksimov əvvəllər Ukraynanın "Dnepr", "Dinamo" (Kiyev), Almaniyanın "Verder" kimi komandalarında çıxış edib. O, 2005-ci ildə Belarusun "Dinamo" (Minsk) klubunda baş məşqçi karyerasına başlayıb. 2006 - 2013-cü illərdə Ukraynanın MOİK (Kiyev), "Obolon", "Krivbass", "Metallurq" (Donetsk) və "Mordoviya" komandalarının baş məşqçisi olmuş Maksimovun son komandası ötən mövsüm rəhbərlik etdiyi Qazaxıstan "Taraz"ı olub. Ukraynalı mütəxəssis 2013-2014 mövsümündə "Mordoviya"nı Rusiya I Divizionunun qalibi edərək, Premyer Liqaya çıxarıb.
MilliYol.Az
Digər xəbərlər
loading...