"Bizim region üçün ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyona yaxın qaçqınımız var"
Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Prezident diqqətə çatdırıb ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.
"Səsləndirdikləri bəyanatlara baxmayaraq, Ermənistan münaqişə bölgəsində status-kvonu saxlamaq niyyətindədir. Lakin hazırki durumda status-kvo qəbuledilməzdir. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmir. Münaqişə BMT-nin qətnamələri və Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində öz həllini tapmalıdır" , - deyə prezident vurğulayıb.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan NATO-ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...