“MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz”
APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Sankt-Peterburq şəhərində keçirilən “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.
Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll olunmadığını xatırladan şeyxülislam bu münaqişənin Sovet İttifaqının süqutunun, postsovet məkanında separatizmin, millətlərarası qarşıdurmanın başlanğıcı olduğunu söyləyib: “Biz Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyirik. Moskva və bütün Rusiyanın patriarxı əlahəzrət Kirillə Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində və bu münaqişənin dini müstəviyə keçməməsində göstərdiyi vasitəçiliyi görə minnətdarıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...