Rusiya, İran və Türkiyənin maraqları Suriadakı hərbi əməliyyatların həyata keçirilməsi zamanı və siyasi tənzimləmə prosesinin əvvəlində müəyyən müddətə üst-üstə düşüb
«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, rusiyalı hərbi ekspert, «Milli müdafiə» jurnalının baş redaktoru İqor Korotçenkonun fikrincə, Moskva bu mövqedən çıxış etməlidir ki, regional və beynəlxalq problemlər üzrə üç ölkənin maraqları üst-üstə düşməyə də bilər.
Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin çərşənbə günü İran və Türkiyə Prezidentləri ilə görüş zamanı bəyan edib ki, üç ölkənin səyləri sayəsində «Suriyanın parçalanmasının qarşısı alınıb, onun beynəlxalq terrorçular tərəfindən ələ keçirilməsinə imkan verilməyib və humanitar fəlakətdən qaçmaq mümkün olub».
«Burada illüziyaya yer olmamalıdır – bu, müvəqqəti alyansdır, bundan artıq deyil. Hər oyunçunun öz maraqları var və burada sadəcə, indiki mərhələdə onların maraqları üst-üstə düşüb» – deyə, ekspert «gələcəkdə də ola bilərmi ki, üç ölkə bölgədə hər-hansı məsələni birgə həll edə bilsin?» sualını cavablandırarkən bildirib.
O, qeyd edib ki, alyansın əsas vəzifəsi «vətəndaş müharibəsinə nöqtə qoymaq»dan, Suriyada sülh tənzimləməsi prosesinə başlamaqdan və ölkənin barpa olunmasından idarətdir.
«Digər məsələlərə gəlincə, İranın qonşularla bir yığın problemi var, Türkiyənin də qonşularla problemi çoxdur. Biz burada təmiz praqmatik həmkarlığa başlamışıq. Rusiyanın mövqeyi maksimum praqmatik olmalıdır, bundan artıq yox – yalnız bizim ölkəmizin və onun real müttəfiqlərinin maraqları…».
Buradan açıq-aydın görünür ki, necə deyərlər, «Rusiyanın örkəninin üstünə darı sərmək olmaz» və böyük ehtimalla, bölgədə PYD-yə yönəlik onun mövqeyi tezliklə dəyişəcək…
MilliYol.Az
Digər xəbərlər
loading...