Bu ilin on ayında Azərbaycanda papiros və siqaretlər istehsalı 47,3% azalıb. İlk üç rübdə idxal da qiymət ifadəsində 4,4% azalıb. Qeyri-rəsmi məlumata görə, tütün məmulatının qeyri-leqal dövriyyəsi istehlakın 10-15%-i qədərdir
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr dövründə Azərbaycanda 748 milyon ədəd siqaret istehsal edilib. İstehsal həcmi əmtəə ifadəsində 47,3%, qiymət ifadəsində 6,6% azalıb. İstehsalçıların siqaret satışından gəlirləri 30,5 milyon manat olub.
Azərbaycanda siqaret istehsalçısı “European Tobacco-Baku” ASC istehsalın iki dəfə azalmasının səbəbi barədə yazılı sorğuya cavab verməyib. Bu ilin martından müəssisəyə Toğrul Hacıyev rəhbərlik edir. T. Hacıyev əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib. O, bu vəzifədə Milli Məclis üzvü, qanunvericiliyin tələbinə zidd olaraq kommersiya müəssisəsinə rəhbərlik edən Rüfət Quliyevi əvəz edib.
MilliYol.Az
Digər xəbərlər
loading...