Ukraynanın hakimiyyət orqanları Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşavilini yaxın bir həftə ərzində ölkədən xaric edəcək
Bu barədə məlumatı Ukrayna KİV-i güc strukturlarındakı mənbələrə istinadən yayıb.
Bildirilir ki, M.Saakaşvilinin deportasiyasına dair hazırlıqlar xüsusi əməliyyat formatında keçirilir. "Gürcüstanlıların bir neçə gün əvvəl müşahidə etdiyimiz xaric edilməsi bu hazırlığın bir elementidir. Lakin əsas fərq odur ki, M. Saakaşvili Gürcüstana yox, 3-ü ölkəyə xaric ediləcək", - deyə mənbə bildirib.
Bir müddət əvvəl Ukrayna Ali İnzibati Məhkəməsi M. Saakaşvilinin prezident Petro Poroşenkonun istefaya göndərilməsinə dair iddiasını təmin etməyib.("Report")
MilliYol.Az
Digər xəbərlər
loading...