Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində çıxarılan hökmdən apelyasiya şikayəti veriləcək.
V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti hazırlanır və şikayət iyulun 8-də məhkəməyə təqdim ediləcək. Şikayətdə V.Ələsgərova bəraət tələb olunur.
Qeyd edək ki, V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.
Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.(Trend.az)
MilliYol.Az
Digər xəbərlər
loading...