BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
“Report” "Haber7"yə istinadən xəbər verir ki, təkliflər arasında Konstitusiyaya və seçki sisteminə dəyişiklik, həmçinin ümumi əfv də var.
Türkiyə, Rusiya və İran Suriyanın 7 illik yol xəritəsi layihəsini hazırlayıb. Bu layihənin 19 maddəsi ilə bağlı razılıq əldə olunub. Sənədin 2018-ci il yanvarın 15-də təkmilləşdiriləcəyini tərəflər razılaşdırıb.
Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin gələcəyi və ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir.
MilliYol.Az
Digər xəbərlər
loading...