Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın baş naziri Saad Hariri bu qərarından imtina edib
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, postundan getmək barədə qərarından daşınan Hariri yenidən ölkə hökumətinə başçılıq edəcək. O, bu barədə çərşənbə günü Prezident sarayında keçirilən mətbuat konfransında məlumat verib və bildirib ki, bu addımı Livan prezidenti Mişel Aunun xahişi ilə atıb.
Xatırladaq ki, noyabrın 12-də Hariri “Əl-Mustaqbal” telekanalına müsahibəsində istefa barədə qərarını “Livanın maraqlarını qorumaq” cəhdi ilə izah etmişdi. Eyni zamanda bildirmişdi ki, “Livan hökuməti tərəfindən elan olunan neytrallıq və regional münaqişələrdən uzaq durmaq prinsipləri dəqiq yerinə yetirilsə” istefasından imtina etməyə hazırdır.
Onu da qeyd edək ki, Səəd Həriri noyabrın 22-də gecə saatlarında, vəzifəsindən istefa verdikdən sonra ilk dəfə Livana qayıdıb.
MilliYol.Az
Digər xəbərlər
loading...