Zimbabvedə 37 illik prezident statusu daşıyan Robert Muqabenin istefasından sonra onun yerinə Emmerson Mnanqaqva keçəcək
“Qafqazinfo” xəbər verir ki, ölkənin sabiq vitse-prezidenti olacaq Timsah ləqəbli yeni lider noyabrın 22-də Muqabeni əvəzləyəcək. Mnanqvaqve 50 il Muqabenin yaxın tərəfdaşı olub. Gəncliyində küçələrdə soyğun və quldurluqlarına görə Timsah kriminal ləqəbini alıb.
75 yaşlı Mnanqaqva ölkədə təhlükəli və qəddar fiqur olaraq tanınır. Hələ 1980-ci illərdə prezident Muqabe rəqiblərinin yanında durduqları üçün ndebele xalqına qarşı Şimali Koreyada təlim görmüş Beşinci Ordu briqdasının köməyi ilə soyqırım təşkil edir və 25 mindən çox insan qətlə yetirilir. "Kukuraundi" adlanan bu əməliyyat yerli dildə “Yaz leysanlarından əvvəl kiri yuyub aparan erkən yağış” mənasını verir. Həmin kütləvi qətllərdə Mnanqaqvenin adı hallansa da, o, həmişə əlaqəsini inkar edib.
MilliYol.Az
Digər xəbərlər
loading...