Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi davam edir
Deputat Zahid Oruc büdcə müzakirələrində çıxış edərək, bir sıra təkliflərini səsləndirib. Musavat.com deputatın çıxışını təqdim edir:
Tanınmış bir rus yazarının sözləri ilə başlamaq istərdim.Onun adı Aleksand Rodjersdir.Rusiya iqtisadiyyatı haqda danışanda bir dəfə o, belə demişdi k:biz bir tərəfdən deyirik ki, iqtisadi gərginlik, xarici şoklar mövcuddur,o biri yandan valyuta və qızıl ehtiyatlarımız artır. “Pul yoxdur” deyirik,amma investisiya xərclərimizin həcmi genişlənir. Hökumət genişmiqyaslı özəlləşmə həyata keçirdiyini bəyan edir, amma yüngül milliləşməyə əl atırıq və dövlətin iqtisadiyyatdakı payı artır.Bu sözlərin üzərinə Mixail Saakaşvilinin vaxtilə Gürcüstanda apardığı islahatlarla bağlı bir cümləsini də əlavə etmək istəyirəm.O deyirdi ki,müxtəlif dövlət və hökumət qurumlarını ləğv edəndən sonra gördük ki,bürokratiyanı yaradan onlardı. Məsələn,biz 2017-ci ildə Nəqliyyat Nazirliyinin ləğvinin şahidi olduq və onun son qəlpələrini başqa bir nazirliyə birləşdirdilər.Amma gördük ki,ölkənin nəqliyyat sistemi çökmədi və normal qaydada işlər davam etdirildi.İndi təsəvvür edin nə qədər dövlət komitəsi,agentlik və dövlət şirkətləri dünyadakı normaya-yəni,əhalinin 100 min nəfərinə düşən məmur sayına uyğunlaşdırılsa, dövlət büdcəsini daha effektli sahələrə yönəltmək və vətəndaşları bir çox yüklərdən azad etmək olardı.
Əlbəttə, yaşadığımız ili qiymətləndirərkən,deməyilik ki, milli iqtisadiyyatdakı mənfi meyllərdən və devalvasiyanın şokundan çıxmaq mümkün oldu,başlıcası, milli valyutanın kursu sabitləşdi. Bunlar ilk növbədə, ölkə başçısı cənab İlham Əliyevin düzgün strateji qərarları hesabına mümkün oldu. Bildiyiniz kimi,büdcə müzakirələri dünyada sərt diskusiyyalar şəraitində keçir. Bizə yaxın Rusiyada keçmiş maliyyə naziri Aleksey Kudrinin,yaxud hazırda prezidentin köməkçisi kimi aktiv bir şəkildə ictimai debatlarda iştirak edən Sergey Qlazevin obyektiv açıqlamlarına şahidlik edirik.Təəssüf olsun ki, bizdə büdcə layihəsinin təqdim olunduğu son bir ay ərzində hökumət təmsilçiləri tərəfindən aparıcı televiziya kanallarında bir-iki müsahibədən savayı geniş təqdimatlara,şərhlərə və təhlillərə şahidlik eləmədik. Halbuki büdcə sənədi ölkənin gələcəyi deməkdir.
Beynəlxalq Bank baglı məsələlərə toxunmaq istərdim. Hamımız üçün ağrılı mövzudur. Nə üçün belə vəziyyətin tarandığını və kimin məsuliyyət böyük olduğunu araşdırmışırıq. Hamı keçmiş MTN naziri Eldar Mahmudovun əzəmətli gücünün hökumət tərəfindən Beynəlxalq bakdakı cinayətləri vaxtında aşkarlamasına mane olduğunu yaxşı başa düşür.Əlbəttə, hamımız qəbul edirik ki, dövlət bir strategiya hazırlayıb və yaranmış fors-major situasiydan çıxmaq üçün plan hazırlayıb.Bankın xarici borcları və digər öhdəliklərini üzərinə götürməklə,hökumət həm də siyasi, iqtisadi nüfuzunu və maliyyə reytinqini qoruyub saxlamağa çalışır. Gələn ilin büdcə zərfində bu məqsədlə xarici kreditorlara 460 milyon manat ödənəcəkdir.Hər halda ümid edək,sağlamlaşmaya yönələn xərclər geri qayıdacaq.Bununla bərabər,ötən iki il ərzində Bankın ölkəmizin maliyyə sisteminə vurduğu ziyanı qiymətləndirmək üçün parlamentdə bir sıra məsələlərə aydınlıq gətirmək faydalı olar:
-Maliyyə Nazirliyinin 2 sentyabr tarixli açıqlaması müəyyən aydınlıq yaradır. Eyni zamanda müstəqil ekspert qrupu Bankın 2015-ci ilin 1 yanvarına olan hesabatlarına istinad edərək,onun bütün aktivlərinin 85 faizini-yəni, təxminən 8 milyard manatını müştərilərə verilən kreditlər təşkil etdiyini söyləyirlər. Həmin vəsaitin təxminən 1 milyardı fiziki şəxslərə,yerdə qalanı korporativ müştərilərə verilib. Bu məbləgin də yarısı,yəni 3.5 milyard manatı 30 şirkətə verilən kreditlərdən ibarətdir və göründüyü kimi burada yüksək məbləglərdən söhbət gedir.İndi sual budur ki, Bankın geri qaytarıla bilməyən kreditlərinin arxasında dayanan təminat onun hansı hissəsini sağlamlaşdırmağa imkan verir?Təqdim olunan statistikadan görünür ki,korporativ müştərilərə verilən məbləgin cəmi 800 milyon manatı təminatsız olub.Yerdə qalan 3.5 milyard manatı üçün daşınar əmlak, 2.1 milyard manatı üçün daşınar əmlak əsasında zəmanət verilib. Ola bilsin, son devalvasiyalar nəticəsində həmin girovların bazar dəyəri aşağı düşüb,lakin bu bütün öhdəliklərin dövlət tərəfindən qaytarılması anlamına gəlmir.Ona görə də maraqlıdır hər kəs üçün, a) Hökumət Albaniyadan tutmuş Abxaziyaya qədər Beynəlxalq bank tərəfindən qoyulmuş investisiyaların üzərində Azərbaycanın hüquqlarını təmin edə və həmin aktivləri iqtisadi dövriyyəyə qaytara biləcəkmi? b)Ölkədə mühüm sistem yaradıcı Bank belə dövlət himayəsinə layiq görüldüyü halda 2 milyon vətandaşın banklara olan problemli kredit borcu 1.8 milyard manatı ötmür.Diqqət edin-2milyon insan dövlətə bir Bank qədər zərbə vurmayıb və insanların devalvasiyadan yaranan yüklülüyü onların günahı kimi qələmə verilə bilməz.
Büdcə gəlirlərinin artması üçün keçmiş illərdə qoyulan böyük investisiyaların səmərəliliyini təmin etmək bir nömrəli vəzifə olmalıdır. Məsələn, Sumqayıtda 2013 cü ildə 2 milyard vəsait qoyulub Polimer məmulatları zavodu tikilib və böyük bir şəbəkə yaradılıb. Amma o daxili potensilaının 10 faiz gücü ilə işləyir və ölkədaxili bazar ucuz Çin məhsulları ilə doludur.Yaxud,Taxtakörpü su anbarı,kanalı və stansiyası 100 min hektara yaxın yeni torpaq resursunu dövriyyəyə cəlb etməyə imkan verməliydi.Əgər belə olsaydı, indi gəlirlərimiz xeyli artardı və biz xaricə valyuta ixrac etməzdik.
Səhiyyə siyasəti ilə bağlı xərclər dəyişməyib.Lakin mən o fikri yenə irəli sürrəm ki, dünyanın heç yerdə kəndlərdə tibb məntəqəsəni dövlət tikmir. Bunu özəl sektor etməlidir. Amma bir başqa probelmə diqqət çəkmək istərdim. Komitələrdə müzakirələr zamanı söylədim, Azərbaycanın nüfuzlu alimi, xarici aləmdə yaxşı tanınan həkimi hörmətli Cəmil Əliyevin 7 noyabr 2017 ci il tarixli müsahibəsində görün nə deyilir: Sitat: Gün ərzində 500-ə yaxın xəstə Uşaq Onkoloji Mərkəzinə müraciət edir! Bununla belə, onların hamısı onkoloji xəstə deyil. Onların hardasa 30 faizi xərçəng xəstəsidir. Yerdə qalan 70 faizi digər xəstəliklərdən əziyyət çəkir. Gördüyünüz kimi,biz hələ digər xəstələri bir kənar qoysaq,hər gün 150-yə qədər, deməli, ayda 4500-dən yuxarı əsrin agır xəstələyinə düçar olan körpələrimizdən və uşaqlardan bəhs edirik. Hökumət bu sahədə mühüm dövlət Komissiyası yaratmalı, müvafiq proqram qəbul etməli və valideynlərin belə övladları dünyaya gətirməsinin səbəblərinin müəyyənləşdirib konkret qərarlar verməlidir.
Kənd təsərrüfatı ilə bağlı yaşadığımız ildə müsbət dəyişiklikləri hər birimiz qeyd edə bilərik. Ölkənin ixracında aqrar məhsullar mühüm yer tutmağa başlayıb və nəticələr hər kəsi sevindirir.Bununla belə görüləcək işlər hədsiz çoxdur. Cəmi bir müqayisə aparmaq istərdim. Bunu da müxtəlif ölkələrin iqtisadi quruluşunun obyektiv araşdırmalarını aparan mütəxəssislərə əsaslanaraq.söyləmək istəyirəm. İsveç ölkəsi bir neçə parametrə görə bizə yaxındır-lakin nəticələrə diqqət edin: İsveçdə əhali kənd təsərrüfatı məqsədi ilə ümumi ərazisinin cəmi 8 faizini-yəni,3.5 milyon hektarını istifadə edir. Bizdə bu rəqəm 4.5 milyon hektardır və yararlı torpaqlarımızın yarısı deməkdir. Əmək qabiliyyətli əhalinin cəmi 1.25 faizi, yəni 172 min insanın yaratdıgı 67 min fermer təsərrüfatı bütün əhalinin ehtiyaclarının beşdə dördünü ödəməyə imkan verir.Bizdə müvafiq olaraq əmək qabiliyyətli əhalinin 40 faizi yaratdıgı məhsullar əhalinin ehtiyaclarını 55 faiz qarşılamaga imkan verir.Deməli,hələ çox işlər görmək lazımdır.
Ölkəmizin dəmiryolları sisteminin son iki ildə köklü şəkildə yenidən qurulması artıq regional və beynəlxalq miqyasında Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsinə səbəb olub.Məlumat üçün deyim ki, ölkəmizdə dəmiryollarının uzunluğu cəmi 2100 km-dir. Müqayisə üçün deyim ki,bizimlə eyni əraziyə mailk olan Avstriyada həmin rəqəm 10 min km-dir. Bir az əvvəl həmkarlarım Bakının nəqliyyat yüklənməsinin fəsadlarından danışdılar.Bakının yaxın ətrafında 21 dəmiryolu stansiyası var. Onlar Azərbaycanın bölgələri ilə sürətli qatarlarla birləşsə, dediyimiz acı mənzərə dəyişər..Almaniya bir il ərzində dəmir yolları sisteminə 100 milyarddan artıq investisiya qoyur. Ona görə də hökumətin dəmiryolları sisteminə yönələn kursunu daha da genişləndirməyə çağırıram.
Dövlət uşaqların bağça ilə təminatı üçün hər il xeyli tədbirlər həyata keçirir.Halbuki hər il 107 minə qədər uşaq doğulur və belədə heç vaxt uşaqların bağçalara əlçatanlığını 10 faizdən yuxarı çatdırmaq mümkün olmayacaq.Ona görə də bağçanı dövlət yox, sahibkarlar tikməlidir.
Qeyri neft iqtisadiyyatının yaradılması nə qədər mühüm vəzifədə olsa da,Azərbaycan neft və qaz resurslarından imtina edə bilməz.2017-ci ildə dövlət başçısı regional və beynəlxalq maraqları düzgün müyyənləşdirməsi hesabına “yeni əsrin müqaviləsi”ni imzalaya bildi.Bu o deməkdir ki,neft və qaz resursu 2050 ci ilə qədər Azərbaycanın həyatında önəmli rol oynayacaq.Əgər belədirsə,hökumət nefti xammal şəkildə deyil,onu emal edərək daha baha satmağa nədən çalışmır? Bildiyiniz kimi, Azərbaycanda istehsal olunan benzinin ümumi miqdarı 1 milyon tondan bir az artıqdır. Qiyməti hamıya bəllidir.Bir barrel neftdən onun yarısı, təxminən 80 litr benzin istehsal olunur.Digər komponenetləri kənara qoysaq, təkcə Türkiyədə yanacagın qiyməti bizim pulla 2.4 manatdır.Bunun üçün yeni neftayırma zavodlar inşa etmək perspektivli olmazmı? Yeri gəlmişkən, elektromobillər heç vaxt nefti öldürə bilməyəcək.
Mədəniyyət siyasəti ilə bağlı-108 milyon manat ayrılıb. Onun tərkibində kino sənayesinə cəmi 1 milyon vəsait nəzərdə tutulub. Mən Ermənistanı bir kənara qoyuram. Təkcə son illərdə Türkiyədə dövlətin tarix üzərindən öz siyasətini gücləndirmək üçün çəkilən filmlərin bir neçəsini adını xatırlatmaq istərdim - “Diriliş:Ərtoğrul”, ”Möhtəşəm Yüz il”, “Paytaxt Əbdülhəmid”, “Fateh-1453” və sair. Rusiyada səs-küylü Matilda, Spyaşie, Xojdenie po mukam, Demon Revolyutsii və sair. Göründüyü kimi, əsərlərin hər biri gəlir gətirmək gücünə malikdir. Ona görə də dövlətin dəstəyi olmadan Azərbaycan yüz illərlə keçmişi və bu günü haqqında beynəlxalq məkana çıxa biləcək filmləri yarada bilməz.
Başqa toxunmaq istədiyim məsələ,xaricdə lobbi maraqlarımızın qorunması üçün dövlət büdcəsində vəsaitin ayrılmasıdır. Bəzən bizi günahlandırırlar ki, Avropada və başqa qitələrdə öz mənefiyimiz üçün siyasətçiləri,dövlət adamlarını satın alırıq. Dünyada Amerikadan başlamış, beynəlxalq münaisbətlərə təsiri zəif olan dövlətlərə qədər hər birinin belə lobbi fəaliyyətinin şahidiyik. Təklif edirəm, rəsmi olaraq, büdcədən bu məqsədlə ayrıca sətirlə vəsait ayrılsın və onun xərclənməsinin şəffaf mexanizmi müəyyənləşdirilsin.
MilliYol.Az
Digər xəbərlər
loading...