Ukraynada Doruxan Ünal adlı Türkiyə vətəndaşını öldürərək yandırıblar. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, D. Ünal 2 türk, italyan və azərbaycanlı tərəfindən satanist üsullarla öldürülüb
Hadisə Ukraynanın Odessa şəhərində noyabrın 18-də baş verib. Cinayətdən üç gün keçəndən sonra xəbər tutublar. Ukrayna mətbuatının yazdığına görə, 25 yaşlı D. Ünalı Odessa şəhərində mənzilində əvvəlcə başından vuraraq öldürüb, sonra isə cəsədini xüsusi ritualla yandırıblar.
Məlumatda qeyd edilib ki, cinayət yerində satanist ayinlərində istifadə edilən əşyalar tapılıb.
Cinayətkarlar tutulub və onların daha əvvəl də narkotik satışı və insan alveri maddələri ilə məhbus həyatı yaşadıqları ortaya çıxıb.
Öldürülən şəxsin Ukraynaya insan alveri ilə məşğul olmaq üçün gəldiyi və şəhərləri gəzərək gənc qızları pul qarşılığında aldatdığı da bildirilir.
Xatırladaq ki, 3 gün öncə D. Ünalın yoxa çıxması ilə bağlı həyat yoldaşı mətbuata müraciət etmişdi. O, əri noyabrın 8-də işi ilə bağlı Ukraynaya getdiyini, lakin ondan xəbər ala bilmədiklərini qeyd etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...