Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edir
APA-nın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.
Hökumət üzvlərinin də iştirak etdiyi iclasda Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Poçt haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək.
Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...