«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, qondarma «Luqansk xalq respublikası»nın (LXR) başçısı İqor Plotnitski Luqanskdan Rusiyaya qaçıb
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Artyom Şevçenko xəbər verib
Bəzi xəbərlərə görə, o, ailəsini Voronejə göndərib, özü isə Rostov vilayətinə qaçıb.
Bu ərəfədə kamuflyaj geyinmiş silahlı şəxslər zirehli texnika ilə Luqanskın mərkəzini tutmuşdular.
Döyüşçülərdən birinin sözlərinə görə, onlar Daxili işlər nazirliyinin (DİN) əmrini yerinə yetirirmişlər.
Bir qədər sonra məlum olub ki, silahlı şəxslərin küçəyə çıxarılması qondarma respublikanın DİN başçısı İqor Kornetlə əlaqədar olub – Plotnitski onu işdən azad edibmiş. Kornet isə öz növbəsində, bir sıra yüksək vəzifəli məmuru korrupsiyada ittiham edib.
MilliYol.Az
Digər xəbərlər
loading...