26 il əvvəl Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin vurulmasını ermənilər indiyə qədər heç vaxt boyunlarına almamışdılar
Özlərinə məxsus həyasızlıqla belə bir yalan kampaniyası aparırdılar ki, Azərbaycanın o vaxtkı siyasi və hakimiyyət elitasında təmsil olunmuş şəxslərin ölümü ilə nəticələnin dəhşətli terror aktı, sadəcə, qəzadır.
Vurulmuş vertolyotun hissələri üzərində tapılan güllə izlərinin isə erməni təbliğatı utanmadan belə izah edirdi ki, o güllələr Azərbaycan tərəfdən atılıblar. Baxmayaraq ki, bunu hətta düşünmək belə, absurddur, aradan keçən 25 il ərzində erməni təbliğatı bütün dünyaya məhz belə car çəkirdi. Amma ən peşəkar yalançı belə, nə zamansa çaşıb, sözün düzünü deyir. Qarakənd faciəsinin 26-cı ilində də ermənilərin yalan maşını nəhayət, özü-özünü dolaşdırdı.
Ermənilərin anti-Azərbaycan təbliğatını izləyənlər Sedrak Mkrtıçyanı yaxşı tanıyırlar. Azərbaycana qarşı xüsusi nifrəti olan bu blogger (Tvitter ünvanı: @517design) peşəkar zombi-təbliğatçıdır. Hər gün Azərbaycan əleyhinə onlarla paylaşımlar edir. Noyabrın 20-də isə Sedrak belə bir tvit yazıb:
“26yrs ago #onThisDay helicopter w/ Ismet Gaibov (prosecutor of #Sumgait during 1988 massacre of #Armenia|ns, later appointed #Azerbaijan prosecutor general as a good puppy) & a dozen other #Azerbaijan officials on board destroyed by #Artsakh Self-Defense forces”.
Yəni: “26 il əvvəl bu gün İsmət Qayıbov (1988- ci il ermənilərin qətliamı zamanı Sumqayıt prokuroru, daha sonra “sadiq it” kimi Azərbaycanın baş prokuroru təyin edilib) və onlarla digər azərbaycanlı məmurun olduğu vertolyot, Artsax özünü müdafiə qüvvələri tərəfindən məhv edilib”.
Ooopsss... Bu, nədir? Erməni təbliğatının həyasız bülbülü ölkəsinin son 25 ildə irəli sürdüyü tezisə qarşı gedir? Axı “hay”lar durmadan təkrarlayırdılar ki, vertolyoru onlar vurmayıblar?
Görünür, Sedrakın kuratorları onun necə axmaq bir səhv buraxdığını dərhal anlayıb və onun başına möhkəm bir çırtma vurublar. Vurulan çırtmanın “bummm” səsi sakitləşməmiş Sedrak tez həmin paylaşımını silib.
Amma yadınızdadırmı, Voland nə deyirdi: “Əlyazmalar heç vaxt yanmır”. İnternetdə də heç nə izsiz-soraqsız yox çıxmır! Belə ki, artıq həmin tezisi başqa bloggerlər və bir neçə erməni saytı da görüb, paylaşmışdılar.
Əvvəlcə “asekose.am” vertolyot qəzasında həlak olan o zamankı baş prokuror İsmət Qayıbovun Sumqayıt hadisələrinin istintaqına görə “cəzalandırıldığını” bəyan edən yazı yayımladı. Ardınca digər blogger Ruzanna_A (@avaruza) həmin yazını belə bir şərhlə paylaşdı: “Heç nə cəzasız qalmır. Eynilə, Sumqayıt qətliamında iştirak edən Azərbaycanın baş prokuroru illər sonra cəzalandırıldı”.
Həqiqət də cin kimidir: butulkadan çıxdısa, qarşısını almaq mümkün deyil. Peşəkar təbliğatçı Sedrak Mkrtıçyanın azərbaycanlılara olan nifrəti əslində Azərbaycana xidmət etmiş oldu. 26 il gecikmə ilə də olsa, dünya gördü ki, bəli, vertolyotu, özlərinin də etiraf etdikləri kimi, ermənilər vurmuşdular!(AzVision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...